Reklam verin!

Blog Haqqında

Axtarış

Arxivlər

Sorğu

Sizə görə Azərbaycanda bahalaşma hər ay neçə faizdir?




Açar sözlər

Sayqaç

  • İndi blogda: 5
  • Keçən ayın hiti: 48
  • Dünənki hit: 1
  • Bugünki hit: 5
  • Ümumi hit: 267

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

Torpaq, millət, bayraq və dövlət uğrunda

millət və dövlət naminə

Azərbaycana qarşı ədalətsiz mövqe tutubda ölkəmizdə fəaliyyət göstərən şirkətlər haqqında

azermmm May 22, 2008 16:49
 
Açıq poçt / 07.05.2008 13:44 "Xalqımız Nestle-nin məhsullarından imtina etməlidir"Asif Qurbanov, Dokuz Eylul Universiteti, S.B.E. Maliye Bolumu Doktora TələbəsiHörmətli ANSPRESS! Nestle-nin loqosundakı “Gözəl Yemək, Gözəl Həyat” devizi, “Yalan Xəbər, Yalan Həyat” yazılsa daha uyğun olar. Bilirsiniz ki, Nestle firması bir məsuliyyətsizlik edərək Azərbaycanı təcavüzçü dövlət kimi CD-lərində göstərib. Bizlər isə sadəcə dövlətimizdən gözləyirik ki, bir təpki versin. Əlbəttə dövlətimiz təpki verməlidir, ancaq bu rəsmi olur, rəsmi üzr gözlənilir və rəsmi üzr də gəlib. Ancaq vacib olan odur ki, bu CD-lər dünyada bir çoxlarının evinə girdi, uşaqlar və böyüklər tərəfindən baxıldı. Dünyada nə qədər insan kimin kimdən üzr istəməsini oxuyur və ya izləyir. Vacib olan bir neçə milyon insanın Azərbaycanı təcavüzçü kimi tanıyacaq. "Palçığı at, izi qalsın".
Nestle əgər böyük şirkətdirsə , CD-ləri hazırlatdıqdan sonra içində nə olduğuna da baxmalı və ya baxdırmalı idi, əgər baxdırmamış və bunun nəticəsində də böyük səhv edilibsə, onun cəzasını da Nestle çəkməlidir. Bu sadəcə üzr ilə olmamalı, Nestle firmasına bunu maddi cəhətdən də ödətməliyik ki, bir də belə səhv etməsin və Azərbaycan barəsindəki yazılara və ya filmlərinə diqqət etsin və ya yeni CD-də bu səhvini düzəltsin. Başqa bir paket düzəldə bilər və yeni CD də dağıda bilər. Dövlətimizlə bərabər xalqımız da təpkili olarsa, daha yaxşı olar.
-Əgər ticarət qanunları və ya digər qanunlar buna icazə versə, Nestle-nin Azərbaycana girişi gömrük tərəfindən durdurulmalı,
- Əgər o yol mümkün deyilsə, yəni sözləşmə varsa və Azərbaycan dünya ticarəti mövqeyindən onların mallarını qəbul etmək məcburiyyətindədirsə, o zaman iş xalqa düşür.
- Xalqımız günü sabahdan Nestlenin mallarını almamalıdır.

Belə olsa, Nestle ciddi tədbir almaq üçün yol axtaracaq. Xaricdə yaşasam da buradan məhkəmələrimizə müraciət etməyin yollarını axtarıram. Xalqımızı təcavüzçü göstərdiyi üçün Azərbaycanda olan bütün Nestle mallarının topladılması üçün məhkəməyə müraciət edəcəyəm. Tepkimiz Nestlenin xalqımızı razı salana qədər davam etməlidir.

Hörmətlə,
Asif Qurbanov

Dokuz Eylul Universiteti
S.B.E. Maliye Bolumu Doktora Tələbəsi

Bookmark and Share
Şərhlər(0) Baxış sayı:30 May 22, 2008 16:49

  Yazılar cəmi: 1   
© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com