Reklam verin!

Blog Haqqında

Axtarış

Arxivlər

Sorğu

Sizə görə Azərbaycanda bahalaşma hər ay neçə faizdir?




Açar sözlər

Sayqaç

  • İndi blogda: 3
  • Keçən ayın hiti: 48
  • Dünənki hit: 1
  • Bugünki hit: 3
  • Ümumi hit: 265

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

Torpaq, millət, bayraq və dövlət uğrunda

millət və dövlət naminə

Buludların idarəsi

azermmm İyun 11, 2008 15:36
Yaxın beş ildə Mərkəzi Asiyanı ciddi su böhranı gözləyir  Ümumi istiləşmə ilə əlaqədar yaxın beş ildə Mərkəzi Asiyanı su böhranı gözləyir. Məşhur özbək alimi, Özbəkistan milli MAB UNESCO komitəsinin sədri, akademik Bekcan Taşmuhammedov belə hesab edir. “Son icmalların qiymətləndirilməsi göstərir ki, Aral dənizi hövzəsində Sırdərya və Amudərya çaylarının axınlarının formalaşdığı zonada buzlaqların intensiv əriməsi gedir. Müxtəlif məlumatlara görə, əlli il ərzində buzlaqların həcmi 20 fazidən 40 faizədək azalıb. Son illərdə isə azalma tempi ildə 1 faiz təşkil edir. Gələcəkdə əsas su arteriyalarının axınlarının azalması və bundan sonra regionun quruması baş verə bilər”, - özbək akademik söyləyib. Onun sözlərinə görə, ölkə artıq indi kəskin su çatışmazlığı keçirir. Özbəkistanda suyun əsas istehlakçısı su ehtiyatları həcminin 84 faizini götürən suvarılan əkinçilikdir. Lakin mənbələrdən götürülmüş suyun az bir hissəsi təyinatı üzrə bilavasitə suvarmada istifadə olunur. Qalan dörddə üç hissəsini isə süzmə zamanı itkilər, magistral və təsərrüfat daxili buxarlanmalar və bilavasitə suvarılmada itkilər təşkil edir. “Su çatışmazlığından əlavə regionun digər səciyyəvi cəhəti ölkənin düzən hissələrində torpaqların təbii duzlaşmasıdır. Suvarılan əkinçilik torpaqların duzlaşmasında əlavə faktordur. Özbəkistanın şumluq torpaqlarının 60 faizdən çoxu duzlaşıb. Torpaqların mineralsızlaşdırılması və torpaqların məhsuldarlığının bərpası üçün təmiz su ehtiyatları demək olar ki, tükənib”, - Taşmuhammedov söyləyib. Özbək alimi vəziyyətdən çıxışı regionda yağıntıların daimi tənzimlənməsində görür. “Müasir biliklər və texnologiyalarla bunu həyata keçirmək mümkündür. Biz kifayət qədər böyük ərazilər üzərindəki buludlara süni təsir etməklə yağıntıların miqdarını və onların vaxtını tənzimləyə bilərik. Bununla məşğul olmaq lazımdır, belə ki, planetdə təbii yağıntılar çox qeyri-bərabər paylanıblar – Şərqi Hindistanda 11000 mm (ildə 11 metr!), Cənubi Amerikanın Sakit okean sahilində isə demək olar ki, 0 mm. Yağıntıların miqdarının artırılması məqsədilə aparılan müxtəlif çoxillik təcrübələrdə buludlara aerozol generatorlarının səpilməsi və ya təyyarələrdən karbon qazı dənəciklərinin atılmasından istifadə olunur. Yüz min kvadrat kilometr mezomiqyasınadək səpinlə AN-26 tipli təyyarələrdən istifadə etmək məqsədəuyğundur ki, bu, mövsüm ərzində çayların axınını əlavə olaraq 10-20 kubkilometr artırmağa imkan verəcək”. Taşmuhammedovun sözlərinə görə, bu fəal texniki təsir vasitələri digər reagentlərlə doludan müdafiə texnologiyasında, buludların dağıdılmasında, böyük pambıq plantasiyaları massivləri üzərində arzuedilməz payız yağışlarının qarşısının alınmasında uğurla istifadə edilə bilər. Yağıntıların süni artırılması suvarılan əkinçilik üçün çayların axınını artırır və onların hidroenerji imkanlarını çoxaldır, taxılçılıq üçün dəmyə torpaqları və dağ otlaqlarını rütubətləndirir. “Ölkəyə ola bilsin ki, Daşkənd aviasiya zavodu tərəfindən yığılmış ixtisaslaşmış şəxsi təyyarə parkına malik yağıntıların idarə edilməsi dövlət xidməti lazımdır. Biz qlobal istiləşmə nəticəsində buzlaqlarımızın nə zaman yoxa çıxacağını, çaylarımızın nə zaman tükənəcəyini və regionun nə zaman quruyacağını bilmirik. Lakin hadisələrin inkişafının digər modeli də var. Nikbin olmaq və yaxşıya ümid etmək lazımdır”, - məşhur özbək alimi bildirib. Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: capital@trend.az

Bookmark and Share
Şərhlər(0) Baxış sayı:21 İyun 11, 2008 15:36

Televiziya və internet

azermmm İyun 4, 2008 17:40
04 -06 -2008 . Televiziya-İnternet müharibəsi

TV öz mənfilikləri ucbatından «suyun dibinə enəcək», İnternetdə isə hər şey çox sadə və aydındır

Qəzetimizdə kifayət qədər geniş açıqlanan mövzulardan biri də televiziyalarla bağlıdır. Bu dəfə isə televiziya və İnternet arasında gedən «soyuq müharibə»yə toxunacağıq. Əvvəl elə idi ki, televiziya istədiyi verilişi istədiyi vaxt verirdi. Seyrçi əlindən gələni edirdi ki, təki bu verilişi qaçırmasın. TV-nin şərtləri diqtə etdiyi dönəm artıq çoxdan geridə qalıb. Texnologiyanın sürətli inkişafı ilə əlaqədar indi kommunikasiya vasitələri dəridən-qabıqdan çıxırlar ki, tamaşaçı onlara diqqət yetirsin. Türkiyə saytlarında bu barədə çoxlu maraqlı məlumatlar və informasiyalar var. Həmin materiallar üzərində TV-İnternet müharibəsinin cücərtilərini görmək mümkündür. Bütün bunlar haqqında isə əsasən dünyanın üç nəhəng mütəxəssisinin fikirləri üzərində danışacağıq. Onlar çoxlarının tanıdıgı Rupert Merdok, Konstantin Ernst və Bill Qeytsdir. Bu fikirlərdə üç fərqli baxış var. Gəlin onlarla tanış olaq.

Konstantin Ernst yeknəsəqlikdən gileylənir

Həqiqətən, ən güclü 5 media sistemlərindən biri olan Rusiya teleizləyiji baxımından ciddi problemlərlə üzləşib. İldən-ilə TV industriyada olan böhran daha da dərinləşir. Xüsusilə, 25-35 yaşlı insanlar, yəni cəmiyyətdə öz yerlərinin möhkəm təməllərini qoymaqda olan insanlar televizora artıq əyləncə və informasiya mənbəyi kimi baxmırlar.
Konstantin Ernst Rusiyanın «1-ci kanal»ının rəhbəridir. Rusiya və onun sərhədlərindən kənarda populyar olan cənab Ernst TV-nin hazırki durumunu «kritik» olaraq dəyərləndirib.
Onun hesablamalarına görə, son iki ildə televiziya 15-25% tamaşaçısını itirib: «Bu, olduqca ciddi problemdir. İnsanlar istədikləri filmə baxmaq üçün onu telekanalın proqramında axtarmırlar. Çünki istənilən vaxt istənilən filmi DVD-də alıb ona baxmaq mümkündür. Axtarılan xəbəri isə internetdən asanlıqla tapmaq olar».
Media industriyanı xilas etmək üçün həyata keçirilməsi planlaşdırılan layihələrdən biri də tok-şou və onlayn kontentin zənginləşdirilməsidir. Bu gün internet vasitəsilə tok-şoular təşkil etmək bir az çətindir. İnteraktiv metodla seçilmiş onlayn verilişlər də bir o qədər diqqət cəlb etmir. Konstantin Ernst bu məsələ haqqında deyir: «Hələ 5 il öncə heç bir TV kompaniya onlayn verilişin hazırlanması üçün bu qədər məbləğ xərcləməzdi. Amma indi vəziyyət 180 dərəcə dəyişib. Düzdür, qərbdən fərqli olaraq düşünmürəm ki, bizim dərdimizə dərman belə verilişlərdir. Fikrimcə, ən böyük problem odur ki, 5 federal kanalın hamısının tematikası bir-birinə çox bənzəyir. Götürün elə İngiltərəni. Orada BBC-nin göstərdiyini İTV nümayiş etdirmir. Bu iki kanalın ümumilikdə Britanyia TV industriyasına verdiyi xeyrin 1/10-ni bizim kanallar birlikdə verə bilmirlər».
Məlum olduğu kimi, Rusiyanın federal kanalları auditoriyanı əllərində saxlamaq üçün efirdə əsasən filmlər və yerli serialların kütləvi nümayişinə üstünlük verirlər. Yerli serialların isə əksəriyyətinin mövzusu kriminalla bağlıdır.
Cənab Ernst telekanallara tövsiyə edib ki, onlar proqram təminatlarına ciddi nəzarət etsinlər: «Analoq siqnallarından rəqəmsal yayıma keçid, hər şeydən əlavə, bir tezlikdə çoxlu sayda telekanalın yayımlanmasına da şərait yaradıb. Bu isə Rusiyada telekanalların çoxalmasına səbəb oldu. Çoxluq olanda isə keyfiyyət xeyli aşağı düşür».

Rupert Merdok passivlikdən gileylənir

Şimalda ölkəmizlə həmsərhəd olan Rusiyadan istənilən halda bizə yaxın olmayan ABŞ-a keçək. Bildiyimiz kimi, burada hər şey yüksək səviyyədədir. Lakin Rupert Merdokun ABŞ-da Qəzetlərin Baş Redaktorlarının Assosiasiyasının iclaslarının birində nədənsə, Konstantin Ernstin dediklərini çox xatırladıb. «News Corporation»un başqanı TV-nin enişinə biganə qalmayıb. Bir neçə qəzetdən əlavə, «20th Century Fox» və 2 telekanala sahib olan R.Merdok sahibkarları onlayn əməliyyatlara pul qoymağa çağırıb. Rupert Merdok artıq bir neçə qəzetini sataraq onları onlayn versiyalarla əvəz etmək niyyətindədir. Onun fikrincə, əgər qəzetlər İnternetdə sistematik şəkildə və bütünlüklə fəaliyyət göstərməzlərsə, onda hətta şəbəkədə belə bu növ informasiya vasitəsinin aqibəti pis olacaq.
Bildiyimiz kimi, cənab Merdok ən populyar həvəskar video portalı olan «MySpace»ni alıb. «MySpace»də akkaunta sahib olmaq az qala hər ABŞ-lı tineycer üçün şərəfli işdir. Hətta okeanın o tayında «MySpace nəsli» deyilən bir məfhum da ortaya çıxıb. Bu nəslə 14-22 yaşlı gənclər daxildir. Onlar vaxtlarının əsas hissələrini İnternetdə keçirir, bir-birləri ilə məktublaşma və ya video ilə əlaqə saxlayırlar. Müəyyən olunur ki, bu yaş arasında olan insanlar ənənəvi qəzet və jurnalları, demək olar ki, oxumurlar. Televiziyaya baxmağa isə vaxtları yoxdur.

Bill Qeyts isə məmnun görünür

«Microsoft»un sahibi Bill Qeyts bu vəziyyəti çoxdandır ki, gözləyirmiş. Dünyanın ən varlı adamı televiziyanın mümkün süqutunda İnterneti deyil, məhz onun özünü ittiham edir: «Tamaşaçı ekran qarşısında oturub gözləməlidir ki, nə vaxt aparıcı ona lazımi informasiyanı səsləndirəcək. Əgər tamaşaçının bir işi çıxarsa, o istədiyi verilişi buraxacaq. Və ona baxmaq imkanını bir daha əldə etməyəcək. TV öz mənfilikləri ucbatından «suyun dibinə enəcək». İnternetdə isə hər şey çox sadə və aydındır. İstənilən informasiya və verilişə istifadəçi arzuldadığı vaxt baxa bilər. Sizi inandırım ki, cəmi 5 il sonra insanlar televiziyanın bugünkü imkanlarını lağa qoyacaqlar».
«Microsoft»un sahibinin sözləri müdrik kəlamlar effektini verir. Görünür, Qeyst TV-nin süqut edəcəyinə bu qədər əmin olmasaydı, heç vaxt belə proqnozlar verməzdi. Bunun artıq ilkin cücərtiləri yetişməkdədir.
Məsələn, deyilənlərə görə, ABŞ-da prezident seçkilərində ilk dəfə olaraq İnternetdə təbliğat kampaniyasına TV-dən daha çox vaxt ayrılacaq. Elə Avropa da bu baxımdan ABŞ-dan geri qalmır. Almaniyanın kansleri Angela Merkelin dövlətin rəsmi saytında xüsusi bloku var. O, burada öz çıxışlarının videogörüntülərini və mətn versiyasını yerləşdirir.
Beləliklə, TV-lərin çökdüyü hiss olunmaqdadır. İlkin olaraq intellektuallar, ardınca da digər təbəqəyə aid olan insanların İnternetdən istifadəsi genişlənir. TV-lər isə getdikcə tamaşaçısız qalır.

İNTİQAM


Bookmark and Share
Şərhlər(0) Baxış sayı:15 İyun 4, 2008 17:40

Rusun sözləri

azermmm İyun 4, 2008 16:07
04.06.2008 [10:58]
Fontu böyüt:        
RUSİYADAN AZƏRBAYCANI TƏHDİD
Yevgeni Bujinski: “İranda 25 milyona yaxın azərbaycanlı yaşayır, Bakı ABŞ radarlarından imtina edəcək”


Rusiya ABŞ-ın Şərqi Avropada antiraket müdafiə sistemləri qurmasına asimmetrik cavab hazırlayır. APA-nın məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq üzrə baş idarəsinin rəisi, general-leytenant Yevgeni Bujinski deyib.
O, ABŞ-ın Qafqazda raket əleyhinə müdafiə radarları yerləşdirmək istədiyini istisna etmədiklərini bildirib: “Gürcüstan belə bir radar üçün əlverişsiz coğrafi şəraitə malikdir, çünki burada yerləşdiriləcək radar İran ərazisinə nəzarət etməyə imkan verməyəcək. Əlbəttə, radar üçün ideal yer var - bu, Azərbaycandır. Amma Rusiya ümid edir ki, Bakı Vaşinqtonla belə bir sövdələşməyə getməyəcək. Hər halda, İranda 25 milyona yaxın azərbaycanlı yaşayır”.
APA

Bookmark and Share
Şərhlər(0) Baxış sayı:22 İyun 4, 2008 16:07

  Yazılar cəmi: 3   
© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com